“Fənərbağça”basketbol klubu baş məşqçi Jelko Obradoviçə yeni müqavilə təklif edib.
Türkiyə mətbuatının məlumatına görə, təklifi qəbul edəcəyi halda, serbiyalı mütəxəssis ilinə 1 milyon 650 min avro alacaq. Bu isə indiki məvacibdən 50 fazi azdır.Obradoviç hələ ki, yeni müqavilə ilə bağlı rəhbərliklə danışıqlar aparmır.
Amma Türkiyənin bəzi informasiya portalları xəbər verir ki, “Fənərbağça”2013-cü ildən komandada işləyən Obradoviçlə əməkdaşlığa artıq o qədər də maraq göstərmir. Deyilənə görə, klubun prezidenti Ali Koç bu postda “Jalgiris”in baş məşqçisi Şarunas Yasikyaviçyusu görmək istəyir.