“San Antonio Spörs”ün və Fransa millisinin sabiq basketbolçusu Toni Parker “Lion” Futbol Klubunun prezidenti olmağa razılıq verib.

4 qat MBA çempionunun yaxın vaxtlarda bu postda Jan Mişel Olyanı əvəzləməsi gözlənilir. Mətbuata açıqlamasında Parker söyləyib: “Olyanın bu postu mənə həvalə etməsinə görə qürur hissi keçirirəm. Özüm də yaxşı bilirəm ki, bu sahədə hələ çox şey öyrənməliyəm. Belə təklifdən imtina etməyə haqqım yoxdur”.

Amma Fransa mətbuatı yazır ki, Parker yalnız 2024-cü ildə bu vəzifəyə təyin oluna bilər. Həmin vaxta qədər isə Jan-Mişel “Lion”a rəhbərlik etmək istəyir.