“MotoGP”də mövsüm tamamilə ləğv edilə bilər.

Bu barədə yarışların rəhbəri Karmelo Espeleta məlumat verib. O, indiki məqamda yarışların hər halda keçiriləcəyinə ümid etdiyini, amma mövcud vəziyyəti nəzərə almalı olduqlarını bildirib. Espeleta pandemiyanın əsirinə çevrildiklərini bildirib. Onun sözlərinə görə, dünya hazırda hərbi vəziyyət rejimində yaşayır.

“MotoGP” rəhbərinin fikrincə, İspaniya, İtaliya və Fransada vəziyyət faciəvi həddə çatıb.Xəstəlikdən qorunmaq üçün peyvənd tapılmayana qədər yarışları keçirmək düzgün deyil.