Rivaldo “Barselona” rəhbərliyini Ter Ştegenin məvacibini artırmağa səsləyib.
Məsələ ondadır ki, Kataloniya klubunun ilə 6,5 milyon avro təklifindən almaniyalı qapıçı imtina edib. Braziliyalı sabiq oyunçunun fikrincə, “Barsa” rəhbərliyi Ter Ştegenin tələbini yerinə yetirməlidir: “Mənə elə gəlir ki, Mark-Andre daha yüksək məvacibə layiqdir. O, son illər klub üçün çox böyük işlər görüb. Razıyam, Mark-Andre Messi və Suares qədər məvacib almamalıdır, amma o,heyətin ən çox qazanan oyunçularından biri olmalıdır. Məhz Ter Ştegenin seyvləri sayəsində komanda toparlana bilir. Almaniyalı ayağı ilə də əla oynayır”.
Əlavə edək ki, Rivaldo həm də “Barselona”nın Neymarı qaytarmalı olduğunu söyləyib. Onun fikrincə, “İnter”də çıxış edən Lautaro Martinesi gənc olduğuna görə indiki məqamda transfer etmək riskə bərabərdir.”