Mayın 18-də başlanası “Rolan Qarros” turnirinin vaxtı dəyişdirilib.

Fransanın açıq çempionatının mətbuat katibliyi bildirib ki, pandemiyaya görə yarış sentyabrın 20-də başlanacaq və oktyabrın 4-də qurtaracaq. Ölkənin Tennis Federasiyasının prezidenti Bernar Qudiçellinin sözlərinə görə, təşkilatçılar insanların sağlamlığını nəzərə alaraq belə qərar verməyə məcbur olub.

Bu ilki “Vimbldon” turniri ilə bağlı isə hələ ki,konkret məlumat yoxdur. Britaniyalılar yarışı planlaşdırılan vaxtda – iyul ayında keçirmək istəyir.