Argentinanın “River Pleyt” komandası koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə klubun rəsmi portalı məlumat yayıb. “River Pleyt” Argentina Superliqa kubokunda “Atletiko Tukuman”la oyuna çıxmaqdan da imtina edib. Buenos-Ayres klubunun bu qərarı Argentina Futbol Federasiyası tərəfindən hiddətlə qarşılanıb. Artıq kluba qarşı federasiyanın sanksiyalarının tətbiq olunacağı gözlənilir.
Maraqlıdır ki, “Atletiko Tukuman” Superliqa kubokunun matçı üçün paytaxta gəlsə də, “River Pleyt”in “El Monumental” stadionun qapıları bağlı olub.