Tennisçilərin “ Böyük Dəbilqə” seriyasında ilin ikinci turniri olan “Rolan Qarros”un keçirilməsi də sual altındadır.

Məsələ ilə əlaqədar Fransa mətbuatına müsahibə verən turnirin direktoru Qi Forje bir qədər ehtiyatlı danışığı ilə diqqət çəkib. O deyib ki, epidemiyaya görə yarışların təxirə salınması idman dünyasında maliyyə böhranına səbəb olur. Amma belə məqamda daha çox oyunçuların və tamaşaçıların sağlamlığını fikirləşmək lazımdır. Doğrudur, Forje indi “Rolan Qarros”un təxirə salınmasının müzakirə olunmadığını bildirib.

Amma onun sözlərinə görə, vəziyyət təhlükəli həddə çatacağı halda belə bir qərar qəbul olunacaq.