Martın 16-dan 22-dək Kanadanın Monreal şəhərində keçirilməli olan fiqurlu konkisürmə üzrə dünya çempionatının vaxtını dəyişdirmək ehtimalı yaranıb.
Qeyd edək ki, artıq bu ölkədə planlaşdırılan qadınlar arasında xokkey üzrə dünya çempionatı 2021-ci ilə qədər təxirə salınıb. Kvebek vilayətinin səhiyyə naziri Daniel Makkann mətbuata açıqlamasında risk etmək istəmədiklərini bildirib.
Bununla belə, Beynəlxalq Konkisürmə İttifaqı yarışın təxirə salınmasını istəmir. Təşkilatın texniki direktoru Natali Lambert Kanadada vəziyyətin elə də acınacaqlı olmadığını söyləyib. Onun sözlərinə görə, yarışı başqa vaxta keçirməyə heç bir ehtiyac yoxdur.