“Mançester Yunayted” yayda Cessi Linqardla yollarını ayıra bilər.
Britaniya mətbuatının məlumatına görə, komandanın baş məşqçisi artıq 27 yaşlı yarımmüdafiəçiyə güvənmir. Belə ki, son bir ildə qol vurmaq və məhsuldar ötürmələrlə bağlı problemləri yaranan Linqard artıq əsas heyətdə yerini itirib. Mançesterlilər yayda Dortmund “Borussiya”sından Ceydon Sanço, “Aston Villa”dan Cek Qriliş və “Lester”dən Ceyms Meddisonu transfer etmək istəyir.
Bruno Fernandeş və Odion İqalonun gəlişindən sonra əsas heyətdən kənarda qalan Cessi isə menecer Mino Rayola ilə anlaşaraq indidən özünə klub axtarmağa başlayıb.