Luiş Nani “Mançester Yunayted”in yeni transferi Bruno Fenandeşlə bağlı fikirlərini bölüşüb.

Hazırda “Orlando Siti” klubunda çıxış edən portuqaliyalı futbolçu sabiq komandasında həmyerlisinin çıxışı haqda deyib: “Bruno ilə birgə hələ “Sportinq”də oynayarkən onun istedadlı oyunçu olduğunu sezmişdim. Müntəzəm olaraq Fernandeşə məsləhətlərimi verir və daha da yaxşı oynaması üçün onu ruhlandırırdım. Portuqaliyada Brunonun oyununa yüksək qiymət verirlər. Vaxtı ilə ona İngiltərədə oynamalı olduğunu söyləmişdim. Özünə də demişdim ki, İngiltərədə sənin uzaq məsafədən vuracağın qollar azarkeşləri heyrətə gətirəcək. Bir neçə ay əvvəl həmyerlimə “Mançester Siti”yə yox, “Mançester Yunayted”ə keç” demişdim. Gördüyünüz kimi, o da bu yolu seçdi. Hazırda Fernandeş komandasının liderlərindən biridir və gözəl qollar vurur. Şadam ki, hər şey belə yaxşı alındı”.