UEFA prezidenti Aleksander Çeferin azarkeşlərin irqçi şüarlarına görə komandaların xallarının silinəcəyini və ya yarışlardan çıxarılacağını istisna etməyib.

Britaniya mətbuatına açıqlama verən sloveniyalı funksioner bunları söyləyib: “Bəli, bu mümkündür. Bir komandanın oyununda eyni hallar təkrarlanacağı halda, ən sərt cəza tətbiq oluna bilər.Doğrudur,əslində bu məsələ UEFA-ya heç bir fayda verməyəcək. Amma biz bununla oyunçulara dəstək olacağıq. Meydanda ədalətli mübarizə aparan futbolçunu təhqir etməyə və alçaltmağa heç kimin haqqı yoxdur”.

Xatırladaq ki, “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq irqçilik edən azarkeşlərin komandalarının hesabından 9 xalın silinməsini təklif kimi irəli sürmüşdü.