“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiv Makmanaman Məhəmməd Salaha və Rahim Sterlinqə məsləhət görüb ki, La liqa klublarına keçməsinlər.

Onun fikrincə, “Liverpul” və “Mançester Siti” hazırda Avropanın ən güclü komandalarıdır: “Düzünə qalsa, mən Salahın gələcəyini “Liverpul”da görürəm. Adlı-sanlı oyunçuların adı həmişə “Real” və “Barselona” ilə yanaşı çəkilir. Çünki onlar əvvəllər dünyanın ən güclüləri idi. Amma indi əminliklə söyləmək olar ki, ən güclü klublar Premyer liqadadır. İspaniya nəhəngləri daha avrokubokları özəlləşdirə bilmir. Ona görə də indiki məqamda La liqaya yollanmağa ehtiyac görmürəm.”Real” 4-5 ulduz oyunçu ala bilməsə, İngiltərə klubları ilə müqayisədə ikinci dərəcəli komanda olacaq. Eyni sözlər “Barselona”ya da aiddir. Lionel Messi bir neçə ilə karyerasını başa vuracaq. “Real” isə yaxın gələcəkdə Serxio Ramos, Toni Kroos, Luka Modriç və Kərim Benzemanı itirəcək. Hazırda “Mançester Siti” klubu “Real”dan güclüdür. Rahim isə güclü klubda oynamalıdır. Bir sözlə, “Liverpul”la “Mançester Siti” Avropanın ən güclüləridir”.