“Tottenhem”in və İngiltərə millisinin hücumçusu Harri Keyn Avro-2020-də çıxış edəcəyinə inandığını söyləyib.

Yanvarın 1-də “Sauthempton”la oyunda zədələnərək mövsümü başa vuran 26 yaşlı hücumçu deyib: “Avropa çempionatında İngiltərə millisinin düşərgəsində olacağıma ümid edirəm. Turnir başlayana qədər qorxulu heç nə baş verməsə, mən seçmənin heyətində meydana çıxacağam. Hələ ki, komanda ilə birgə məşqlərə başlamamışam, amma trenajor zalında məşq edirəm. Gündən günə güclənirəm. Artıq bir neçə həftədən sonra meydana çıxacağıma ümid edirəm.Nə vaxt qayıdacağımı proqnozlaşdırmağa çətinlik çəkirəm. Mənə elə gəlir ki,hər halda aprelin sonunda komandama kömək edə biləcəyəm”.