Koronavirus epidemiyasına görə İsveçrə bu ilin mayında keçiriləsi xokkey üzrə dünya çempionatının təşkilatçılığından imtina edə bilər.

Belə olsacağı halda, Rusiya yarışa ev sahibliyi etməyə hazır olduğunu bildirib. Beynəlxalq Xokkey Federasiyasının prezidenti Rene Fazel Rusiya mətbuatına açıqlamasında artıq bu məlumatı təsdiqləyib. Bu yaxınlarda o, məsələni Rusiya hökuməti ilə müzakirə etdiyini dilə gətirib. Amma hələ ki, İsveçrə rəsmən yarışdan imtina etməyib.

Xatırladaq ki, futbol üzrə İsveçrə çempionatının bu həftə keçirilməli olan oyunları koronavirusa görə təxirə salınıb.Artıq bu ölkənin hakimiyyəti idman tədbirlərindən imtina etmək haqda fikirləşir.