“Barselona”nın sabiq yarımmüdafiəçisi Xordi Kroyff bu klub haqda kəskin açıqlamaları ilə yadda qalıb.

Kataloniyalıların əfsanəvi məşqçisi Yohan Kroyffun oğlu komandada xaosun hökm sürdüyünü bildirib: “Mənə elə gəlir ki,  “Barsa”nın çıxışına mənfi təsir göstərən ən böyük amil klub ətrafında medianın böyük hay-küy qaldırmasıdır. Bu məqam  klubun qeyri-sabit çıxış etməsinə səbəb olur. “Real”da vəziyyətin necə olduğunu deyə bilmərəm, amma açıq-aşkar görünür ki, madridlilər sabitliyi qoruyub.  “Barselona”nı isə tamamilə xaos bürüyüb”.