Valter Dzenqa “Kalyari”nin baş məşqçisi təyin olunub.
1990-cı il dünya çempionatında İtaliya millisi ilə bürünc medal qazanan qapıçı Sardiniya klubu ilə 2021-ci il iyunun 30-na qədər müqavilə imzalayıb. Bu postda o, dünən istefaya göndərilmiş Rolando Maranı əvəz edib. Maranın başçılığı altında “Kalyari” mövsümə yaxşı başlasa da, dekabrdan bəri qələbə qazana bilmir və 25 turdan sonra 32 xalla 11-ci pillədə qərarlaşır.