“Atletiko” komandası “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer etməyə yaxındır.

İspaniyanın “Marca” nəşrinin məlumatına görə, Madrid klubu ilə xorvatiyalı futbolçu artıq müqavilənin şərtlərini razılaşdırıblar. Xəbərdə “Atletiko”nun keçidin müqabilində “Barselona”ya 25 milyon avro ödəyəcəyi bildirilir. Xatırladaq ki, 31 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted” və “Yuventus” klubları da maraqlanırdı.

Futbolçunun “Barselona” ilə müqavilə müddətinin gələn il iyunun 30-da başa çatacağını da bildirək.