AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünün nəticələrini şərh edib.
O, eyni səviyyəli komandalarla yarışacaqlarını bildirib: "Monteneqro millisini daha güclü rəqib kimi fərqləndirmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Ümumilikdə rəqiblər bizim səviyyədədir, oynamaq olar və əminəm ki, yaxşı mübarizə olacaq. Əsas məqsəd hər oyunda 3 xal qazanmaqdır. Bu cür qrupda yüksək nəticə qazanmaq mümkündür”.