Klaudio Bravo yayda “Mançester Siti”ni tərk edəcək.
Böyük Britaniya mətbuatının verdiyi xəbərə görə, 36 yaşlı çilili qapıçı komandada əsas heyətə düşə bilmədiyindən bu qərara gəlib. Onu ABŞ-ın “Nyu-York Siti” və Meksikanın “Monterrey” klubları transfer etmək isəyir. Xatırladaq ki, peşəkar karyerasına 2002-ci ildə Çilinin “Kolo Kolo” klubunda başlayan Bravo 2006-da “Real Sosyedad”a keçib. 2014-cü ildə “Barselona”ya transfer olunan Bravo daha sonra “Mançester Siti”yə üz tutub.