“Barselona” yaxın günlərdə Lautaro Martinesi transfer etmək üçün “İnter”ə təklif göndərməyə hazırlaşır.

İtaliya mətbuatı yazır ki, argentinalı forvard üçün katalonlar 70 milyon avro ödəməyə razıdır. “Barsa” sövdələşməyə Nelson Semedu və Arturo Vidalın da adını daxil etməyi planlaşdırır. Martinesin təzminat haqqı 111 milyon avrodur, amma katalonlar bu məbləği ödəmək fikrində deyillər.

Xatırladaq ki, “Real”ın da maraqlandığı Lautaro bu mövsüm A seriyasında 21 oyunda 11 qol vurub və 1 məhsuldar ötürmə edib.