Zlatan İbrahimoviç və Canluici Donnarumma yayda “Milan”ı tərk edə bilər.
İtaliya mətbuatının yazdığına görə, əgər klubun səlahiyyət sahiblərindən Paolo Maldini və Zvonimir Boban istefaya getsə, sözgedən ayrılmanın reallaşması qaçılmaz olacaq. İbrahimoviç bu ilin yanvarında “Milan”a məhz Maldininin səyi nəticəsində gəlib. Qeyd etmək yerinə düşər ki, İbra və Donnarumma məşhur agent Mino Rayolanın müştəriləridir. Rayola isə “Milan” rəhbərliyini daim tənqid etməsi ilə diqqət çəkir.