İngiltərə Liqa Kubokunun finalında “Aston Villa”nı məğlub edən “Mançester Siti” ardıcıl 3-cü, ümumilikdə 7-ci dəfə baş mükafata yiyələnib.

Oyundan sonra baş məşqçi Xosep Qvardiola bunları bildirib: “Son 3 mövsümdə bu turniri ancaq “Mançester Siti”nin qazanması möhtəşəmdir. İnanılmaz dərəcədə sabit çıxış etdik. Oyuna gəlincə, ilk dəqiqələrdə çətinlik yaşadıq, rəqib fərqlənmək üçün iki imkan əldə etdi. Biz fasilədən sonra yaxşı oynadıq və mövsümdə ikinci titulumuzu qazandıq”.