Türkiyə yüksək liqasında çıxış edən “Rizəspor”un baş məşqçisi İsmail Kartal istefa verib.
Bu barədə klubun prezidenti məlumat verib. “Rizəspor” 24-cü turda səfərdə “Trabzonspor”a 2:5 hesabı ilə məğlub olub və İsmail Kartal oyundan sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. “Rizəspor” bu mövsüm onun rəhbərliyi atlında 7 qələbə və 3 heç-heçə sayəsində 24 xal toplayıb, 13 matçda isə məğlubiyyətə uğrayıb. Komanda bu göstərici ilə 14-cü pillədə qərarlaşıb.