“İnter”in baş direktoru Cüzeppe Marotta koronavirus epidemiyasının A seriyasına daha böyük zərbə vura biləcəyindən danışıb.

Onun fikrincə, oyunların təxirə salınması ümumiyyətlə mövsümün yarımçıq qalmasına səbəb ola bilər: “Vəziyyətin acınacaqlı olduğunu söyləməliyəm. Məsələ mümkün qədər tez həll olunmalıdır. A seriyası rəhbərliyi oyunların azarkeşsiz keçirilməsi ilə bağlı qərar qəbul edir, ertəsi gün ölkənin idman naziri qərarın əleyhinə çıxır. Lakin A seriyasının prezidentinin məsələni müzakirə etmədən qərar verməsi də düz deyil, müzakirədə biz də olmalıyıq. Belə getsə, çempionatı başa çatdırmaq mümkün olmaya bilər. A seriyasının artıq ziyanla işləməsi hər kəsə məlumdur, təqvim də çox sıxdır. Ona görə seriyada komandaların sayını 18-ə endirmək lazımdır”.