Məsut Özilin agenti türkəsilli futbolçunun “Arsenal”dan getmək istəmədiyini bildirib.
O, bundestimin sabiq üzvünün “topçular”la yeni müqavilə imzalayacağını istisna etməyib: “Özilin “Arsenal”la müqaviləsi 15 aydan sonra bitir. Bu müddətdə Məsut klubda qalacaq. Müqaviləsi başa çatanda Özilin 32 yaşı olacaq və bu, elə də çox deyil. Yəni, Məsut yüksək səviyyədə oynaya bilər. Biz bütün variantları təhlil edəcək və ən yaxşısını seçəcəyik”.