“Ferrari” pilotu Şarl Lekler ikinci test sınaqları haqda təəssüratlarını bölüşüb. Franalı pilot bolidlərinin döngələrdə indi daha sürətli olduğnu söyləyib.

O deyib ki, “Ferrari”nin bu mövsüm üçün əsas məqsədi də məhz bu idi. Amma Şarl sabit çıxış etmək üçün hələ balanslı bolid yaratmalı olduqlarını da vurğulayıb və Avstraliya Qran-prisini gözləməli olduqlarını diqqətə çatdırıb. Lekler yarış olmamış ”Ferrari”nin hansı səviyyədə olmasını müəyyənləşdirməyin mümkünsüzlüyünü qeyd edib. Amma “Ferrari” pilotu etiraf edib ki, hazırda “Mersedes” və “Red Bull”dan geri qalırlar.