UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la ilk oyunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
Belə ki, ispaniyalı mütəxəssis pley-offda 28-ci qələbəsini qazanıb və bu göstəricidə liqa tarixində yeni rekord müəyyənləşdirib. İndi Pep hərəyə 27 qələbəsi olan Joze Mourinyo, Karlo Ançelotti və Aleks Ferqüssonu qabaqlayır.
Xatırladaq ki, “Mançester Siti” ilə “Real” arasında cavab oyunu martın 17-də keçiriləcək.