“Yuventus”un baş məşqçisi Mauritsio Sarri UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda səfərdə “Lion”a 0:1 hesabı ilə uduzmalarına izah tapa bilmədiyini deyib.
Onun sözlərinə görə, komandada aqressiya çatmır: “Məğlubiyyətimizə izah tapmaq çətindir. İlk hissədə topla ləng hərəkət etdirdik və bu da rəqibin pressinq planlarını reallaşdırmaq işini asanlaşdırırdı. Ona görə qol da vurdular. “Yuventus” hücumda aqressiv ola bilmədi, müdafiədə də problemlər yaşadıq. İkinci hissədə bir qədər yaxşı oynasaq da, bu, dönüş yaratmağa kifayət etmədi. Məşqçi kimi hazırda ən böyük çatışmazlığım futbolçularıma topla dinamik davranmağı aşılaya bilməməyimdir. Bunun üzərində xeli işləməliyik”.