UEFA Çempiolnar Liqasının 1/8 finalında “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olan “Real”ın yarımmüdafiəçisi Vinisius Junior hakimlikdən şikayətlənib.

Onun fikrincə, referi sərt qərarlar qəbul edib: “Biz fiziki cəhətdən çökmədik. Qabriel Jezus qol vurmazdan əvvəl qaydanı pozmuşdu. Məsələn, “Levante” ilə çempionat oyununda Serxio Ramos ilk kobudluğunda sarı vərəqə ilə cəzalandırılmışdı. Hakimlər “Real”ın oyununu qərəzli idarə edirlər. Çünki biz Çempionlar Liqasınə, eləcə də İspaniya çempionatını hamıdan çox qazanmışıq. “Mançester Siti”yə məğlubiyyətlər bizə pis təsir etməyəcək – həm mövsümü istədiyimiz nəticə ilə başa çatdıracağıq, həm də pərəstişkarlarımızı “El Klasiko”da sevindirəcəyik”.