“Mayami”nin müdafiəçisi Cimmi Batler yenidən “Çikaqo”ya qayıdacığını istisna etməyib.

ABŞ mətbuatına açıqlama verən 30 yaşlı basketbolçu karyerasına başladığı komandada yenidən meydana çıxmağın əleyhinə olmadığını söyləyib. Xatırladaq ki, Batler 2011-ci ildə məhz “Çikaqo” tərəfindən draft olunmuşdu. İllinoys klubunda 6 mövsüm keçirdikdən sonra “Minnesota”ya yollanan müdafiəçi daha sonra “Filadelfiya” klubuna keçib.

Cari mövsüm Batler “Mayami”də keçirdiyi 46 oyunda 20,6 xal, 6,8 ribaund və 6,1 məhsuldar ötürmə ilə yadda qalıb.