“Arsenal”ın sabiq baş məşqçisi Unay Emeri London klubundakı fəaliyyəti haqda danışıb.

İspaniyalı mütəxəssis gəlişi ilə “topçular”da irəliləyiş olduğunu deyib: “Mən gələnə qədər “Arsenal” 2 ildə axına qoşulub üzürdü. Lakin mən komandanı toparlayıb Avropa Liqasının finalına çıxara bildim. Bununla yanaşı, premyer-liqada mövsümü 5-ci yerdə bitirdik. Oyunumuzu daha da təkmilləşdirməyi, dah ada inkişaf etməyi düşünürdük. Təəssüf ki, işlər qaydasında getmədi və 4 əsas futbolçumuzu itirdik. Bu azmış kimi, bəzi ulduz oyunçular komandaya verdiyindən daha çox tələb etməyə başladı. Yeni “Arsenal”ı qurmaq üçün vaxt lazım idi”.