Valter Matsarri “Torino”dan istefaya göndərilib.
Bu barədə klubun rəsmi saytında məlumat verilib. Klub prezidenti ilə baş məşqçi arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Müvəqqəti olaraq komandanı meydana Moreno Lonqo çıxaracaq. Təyinata qədər Turin klubunun gənclərdən ibarət komandasını çalışdıran Lonqo 2016-18-ci illərdə “Frozinone”nin baş məşqçisi olub. Matsarri isə 2018-ci ildən “Torino”nun baş məqçisi idi.
22 turdan sonra 27 xal toplayan “Torino” 12-ci pillədə qərarlaşıb.