“Leyptsiq”in sabiq baş məşqçisi Ralf Ranqnik “Milan”ı çalışdıra bilər.

61 yaşlı mütəxəssis hazırda “Red Bull”un idman layihələri şöbəsində işləyir. Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Ranqnikin “Milan”da baş məşqçiliklə paralel klubun idman direktoru vəzifəsini də icra etməsi nəzərdən keçirilir. Mütəxəssis özü isə bir müddət əvvəl “Milan”la danışıqlar apardığını təkzib etmiş, amma “Milan”ın vurğunu olduğunu və ötən əsrin 90-cı illərində məhz bu komandanın fəlsəfəsinin onu məşqçiliyə ruhlandırdığını söyləmişdi. Ancaq bir məsələ də var ki, “Milan” rəhbərliyi Stefano Piolinin fəaliyyətindən razıdır.

Ranqnik indiyə kimi Almaniyanın “Ştutqart”, “Hannover”, “Şalke”, “Hoffenhaym” və “Leyptsiq” klublarında işləyib.