“Tobol”dan ayrılan millimizin qapıçısı Emil Balayevin “Krılya Sovetov”a keçidi baş tutmayıb.
Samara klubunun baş məşqçisi Miodraq Bojoviç istedadlı qapıçını sərəncamında görmək istəsə də, rəhbərlik bu istəyə qarşı çıxıb və mövsümün ilk yarısında etimadı doğrultmayan Yevgeni Frolovla kifayətlənməyi məqsəduyğun sayıb. Ekspertlərin fikrincə, Rusiya premyer liqasının əksər klubu legioner limitinə görə yerli qapıçılara üstünlük verir.
Lakin Emil Balayevlə “Axmat” klubunun maraqlandığı barədə məlumatlar var.