“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana karyerasını Çinin “Tsendu Sintsen” klubunda davam etdirəcək.

Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb. Dani tibbi baxışdan keçmək üçün yeni komandasının Tailandda davam edən təlim-məşq düşərgəsinə yollanıb. “Tsendu Sintsen” klubunun Çinin 2-ci liqasında mübarizə apardığını da qeyd edək.

2015-ci ildən “Qarabağ”da çıxış edən Dani bu müddətdə 146 matçda meydana çıxıb və 42 dəfə fərqlənərək 23 məhsuldar ötürmə edi.