“Barselona” qış “transfer pəncərəsi”nin son günündə 2 futbolçunu transfer edib.

Katalonlar ilk olaraq “Braqa”nın 20 yaşlı hücumçusu Fransisko Trinkaonun keçidini elan edib. 31 milyon avroya alınan və “yeni Ronaldo” kimi qələmə verilən hücumçu ilə 2025-ci ilə qədər müqavilə imzalanıb. Onun təzminat haqqı 500 milyon avroya bərabərdir. Amma Trinkaonun iyulun 1-də “Barselona”ya qoşulacağını da nəzərinizə çatdıraq.

Elə “Barsa”nın “Palmeyras”dan transfer etdiyi yarımmüdafiəçi Mateus Fernandes də mövsüm başa çatandan sonra İspaniyaya gələcək. Maraqlıdır ki, braziliyalı futbolçu ilə də 2025-ci ilə qədər müqavilə imzalanıb və onun təzminat haqqı 300 milyon avrodur. Fernandesin 10 milyon avroya transfer olunduğunu da nəzərinizə çatdıraq.