“Sabah” heyətini gücləndirməkdə davam edir. Paytaxt təmsilçisi “Zirə”dən ayrılan hücumçu Xulio Rodrigeslə müqavilə imzalayıb.

Bu barədə “Sabah”ın rəsmi saytı məlumat yayıb. Dünən “Zirə” ilə rəsmən vidalaşan 29 yaşlı futbolçu yeni klubuyla mövsümün sonuna kimi müqavilə bağlayıb.

Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun son komandası “Zirə” olub.
Xatırladaq ki, Rodriqes qış fasiləsində “Sabah”a qoşulan dördüncü futbolçudu. Paraqvaylı hücumçudan öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçukla müqavilə bağlanmışdı.