“Sportinq”in yarımmüdafiəçisi Bruno Fernandeşin “Mançester Yunayted”ə qayıtmaq imkanı artıb.
Portuqaliya mətbuatının yazdığına görə, klublar arasında artıq razılıq əldə olunub. Mançesterlilər 25 yaşlı futbolçunun transferinə görə ilkin olaraq 55 milyon avro ödəyəcək. Bir müddət sonra isə “Sportinq”in hesabına bonus şəklində daha 25 milyon avro köçürüləcək.
Bəzi mənbələr isə bildirir ki, “Sportinq” həmçinin Fernandeşin keçirdiyi oyun və vurduğu qol sayına görə də bonus qazanacaq. Ancaq bu da son deyil: xəbərdə vurğulanır ki, futbolçunun başqa kluba satışından əldə olunacaq vəsaitii də 10 faizi Lissabon klubuna çatacaq.