“Tottenhem”in yarımmüdafiəçisi Kristian Eriksenin “İnter”ə keçidi rəsmiləşib.
İtaliya mətbuatı xəbər verir ki, milanlılar danimarkalı futbolçunun transferinə görə London klubuna, bonuslar da daxil olmaqla, 20 milyon avro ödəyəcək. 2024-cü ilə qədər “İnter”lə müqavilə imzalayacaq Eriksen ilə 10 milyon avro məvacib alacaq. O, yeni klubunda 24 nömrə ilə çıxış edəcək.
Xatırladaq ki, Eriksenin transferinə qədər “İnter” “Mançester Yunayted”dən Eşli Yanq və “Çelsi”dən Viktor Mozesi də heyətinə cəlb edib.