Abdullah Avcını istefaya göndərən“Beşiktaş” rəhbərliyi yeni baş məşqçini müəyyənləşdirdə çox fikirləşməyib.

Klub rəhbərliyi vaxtilə “Beşiktaş”da çıxış etmiş Sərgən Yalçının namizədliyi üzərində dayanıb. 47 yaşlı mütəxəssislə ilyarım müddətinə müqavilə imzalanıb. Sərgən 10 il şərəfini qoruduğu komandada, bütün turnirlər nəzərə alınmaqla, ümumilikdə 305 oyun keçirib, 80 qol vurub. Xatırladaq ki, az əvvəl Sərgən Yalçın “Yeni Malatyaspor” klubundan istefaya göndərilmişdi.

Ölkə çempionatında son 5 oyunun 4-də uduzan “Beşiktaş” isə 30 xalla 7-ci pillədə qərarlaşır.