İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen “Mançester Yunayted”in problemlərindən danışıb.
O, mankunyanların transfer etdiyi oyunçuların gerilədiyini də diqqətə çatdırıb: “Mançester Yunayted”in heyətinə cəlb etdiyi futbolçuda geriləmə müşahidə olunur. Bu, komandanın ən problemli yeridir. Aleksis Sançes son üç mövsümün ikisində premyer liqanın ən yaxşı oyunçusu idi. Axı necə ola bilər ki, belə oyunçu qəfil eniş dövrü yaşasın. Mançesterlilərin aldığı heç bir oyunçu haqda xoş fikirlər səsləndirə bilmərik. Anxel Di Mariya və Aleksis Sançesin başına gələnlər təsadüfi deyil. Klubun sistemində nəsə işləmir. Rəhbərlik transferlərə növbəti 100 milyonlarını xərcləyənə qədər bu problemi həll etməlidir”.