“Barselona” zədəli Luis Suaresin mövqeyinə hücumçu axtarışını davam etdirir.

“Footmercato” nəşrinin məlumatına görə, katalonlar Vissam Ben-Yedderi transfer etmək üçün “Monako”ya təklif göndərib. İspaniya təmsilçisi fransalı hücumçuya görə fransızlara 80 milyon avro təklif etsə də, qarşı tərəf 29 yaşlı futbolçunu satmayacağını bildirib. Xatırladaq ki, Ben-Yedder cari mövsüm “Monako”nun heyətində keçirdiyi 22 oyunda 15 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən ilin avqustunda “Sevilya”dan transfer olunan Fransa millisinin üzvü “Monako” ilə 2024-cü ilə qədər müqavilə imzalayıb.