“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik “Sport24.az” portalına müsahibə verib.
Hazırda Rumıniyanın “Politexnika” klubunu çalışdıran 57 yaşlı mütəxəssis lənkəranlı azarkeşlərlə hələ də münasibət saxladığını deyib: “Lənkəranlı azarkeşlərlə əlaqələrim davam edir. Onlar məni sosial şəbəkələrdə - "İnstagram"da, "Facebook"da tapır, məlumat göndərir, məndən xahiş edirlər ki, qayıdım. Mən də istəyərəm bunu. Çünki həm Azərbaycanın, həm də onun gözəl Lənkəran şəhərinin qəlbimdə xüsusi yeri var”.
Rednik daha sonra deyib: “Neftçi"dən başqa, Azərbaycanın istənilən klubunda işləyə bilərəm. Məni düzgün başa düşün, “Neftçi” çempionluq mübarizəsində ən prinsipial rəqibimiz olub. "Xəzər Lənkəran"ın azarkeşlərinə hörmət edirəm və bu səbəbdən yalnız "Neftçi"ni istisna etdim”.