“Barselona”nın prezidenti Xosep Bartomeu nə vaxtsa Xavinin bu klubda baş məşqçi kimi fəaliyyət göstərəciyinə inandığını dilə gətirib.

İspaniyanın “Sport” qəzetinə açıqlama verən Bartomeu bunları söyləyib: “Nə vaxtsa Xavi “Barsa”nın baş məşqçisi olacaq. Mənim buna şübhəm yoxdur. O, futbolu çox yaxşı başa düşən bacarıqlı mütəxəssisdir. Xavi çox ambissiyalıdır. Elə buna görə də günlərin bir günü onu Barselonada görəcəksiniz. Amma indiki baş məşqçimiz Kike Setyendir. Fikrimcə, Setyen “Barselona”ya çox şey verə biləcək”.

Xatırladaq ki, “Barselona”nın yetirməsi olan Xavi 1998-2015-ci illlərdə bu klubda oynayıb və 25 titul qazanıb. O, ötən ilin mayından Qətərin “Əl Sədd” klubunun baş məşqçisidir. Xavinin Doxa klubu ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatır.