“Real”ın hücumameyilli yarımmüdafiəçisi Eden Azar “Çelsi”də çalışdığı vaxt bu komandanın italyan baş məşqçiləri olan Antonio Konte ilə Mauritsio Sarrinin “bostanına daş atıb”.
Belçikalı futbolçu onların məşqini darıxdırıcı adlandırıb: “Madriddə ancaq topla məşq keçirik. Sən buradakı məşqlərdən həzz alırsan. Amma bu sözü italyan mütəxəssislərin məşqinə aid etmək olmaz. Onların başçılığı altında ancaq yeknəsəq təmrinləri həyata keçirirsən. İtalyanların sərəncamındasansa, yalnız qalib gəldiyin oyundan sonra üzün gülür. 3 il italyan məşqçilərin başçılığı altında oynadıqdan sonra indi yenidən futboldan həzz alıram”.