Kristian Eriksen “İnter”ə keçməyə razılıq verib. “Sky Sport İtalia”nın məlumatına görə, bu transfer yaxın günlərdə reallaşacaq. Danimarkalı yarımmüdafiəçinin “Tottenhem”lə müqavilə müddəti yayda başa çatır. Kristian isə o vaxtı gözləmək istəmir. “İnter” tərəfinin “Tottenhem”ə rəsmi müraciət etməsi də işi asanıaşdırıb. Sadəcə, klublar qiymət məsələsində anlaşa bilmirlər. “İnter” 10 milyon avro ödəməyə hazır olduğunu bildirir, “Tottenhem” isə bu məbləğin iki qatını - 20 milyon avro tələb edir.