"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola cari mövsümdə uğursuzluğu ilə bağlı deyilən fikirlərə münasibət bildirib.

"Marca" xəbər verir ki, ispaniyalı mütəxəssis bunu qəbul etdiyini deyib: "Barselona"da debüt mövsümümdə 6 kubok qazanandan sonra uğursuz oldum. Bunu qəbul edirəm və bununla bağlı heç bir problemim yoxdur".

Qeyd edək ki, X.Qvardiola 2007-2012-ci illərdə Kataloniya təmsilçisini çalışdırıb. Hazırda baş məşqçilik etdiyi "Mançester Siti" isə Premyer Liqanın turnir cədvəlində 44 xalla 3-cü yeri tutur.