Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təbrik almasını böyük şərəf adlandırıb.
Bu barədə o, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində danışıb.


“Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir”.