"Çelsi" futbolçusu Villianı heyətində saxlamaq niyyətindədir.

Britaniya mətbuatı xəbər verir ki, "zadəganların" baş məşqçisi Frank Lempard 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləni uzatmaq üçün danışıqlar aparıldığını bildirib: "Klubumuz Villianın müqaviləsini yeniləmək üçün danışıqlar aparır. Gənc kollektivimiz var.

Villian kimi oyunçuların təcrübəsi bizim üçün faydalıdır. Komanda yoldaşları onu çox sevir. Heyətimizdə olduğu üçün çox xoşbəxtəm".

 Qeyd edək ki, Villian 2013-cü ildən London təmsilçisində oynayır.