"Bavariya" ciddi itki ilə üzləşib.
Münhen klubu Xavi Martinesin xidmətindən məhrum olub.
İspaniyalı futbolçu Bundesliqanın 17-ci turunda "Volfsburq"la matçda (2:0) sıradan çıxıb. Təcrübəli dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində iştirak edə bilməyəcək.